Qəbiristanlıqda terror: 9 ölü, 18 yaralı
Bizi izləyin

Dünya

Qəbiristanlıqda terror: 9 ölü, 18 yaralı

Əfqanıstanın şimalındakı Baqlan vilayətinin Burka mahalında qəbilə liderinin dəfn mərasimi zamanı həyata keçirilən intiharçı hücumunun 2 polis işçisi və 7 mülki vətəndaşın ölümünə səbəb olub.

Publika.az-ın məlumatına görə, yerli polis hücum zamanı azı 18 nəfərin də yaralandışını bildirib. Məlumata görə, hücumçuların hədəfi dəfn mərasimində iştirak edən yüksək rütbəli zabitlər və Vilayət Şurası rəsmiləri olub. Amma hadisə zamanı onlardan heç birinin xəsarət almadığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm