Son 4 gündə 55 hava hücumu
Bizi izləyin

Dünya

Son 4 gündə 55 hava hücumu

ABŞ və koalisiya qüvvələri son 4 gündə Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı 55 hava hüumu həyata keçirib.

Publika.az-ın məlumatına görə, ABŞ Hərbi Qüvvələri Mərkəzi komandanlığının açıqlamasında hava hücumlarından 27-nin Suriyada, 28-nin isə İraqda baş tutduğu bildirilib.

Suriyada Kobani ətrafında reallaşdırılan hücum zamanı İŞİD-ə aid iki bina, üç tank, bir silahlı personal daşıyan avtomobil, üç zirehli texnika və döyüş mövqeləri bombalanıb.

İraqın Mosul, Hit, Tiqrit və digər bölgələrdə də terrroçuların çoxlu sayda zirehli texnikası, sığındıqları binalar məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm