Baş nazirin oğlu təcili hərbi xidmətə çağırılıb
Bizi izləyin

Dünya

Baş nazirin oğlu təcili hərbi xidmətə çağırılıb

Avner Netanyahu bu gün İsrail Müdafiə Ordusunda (ÇAXAL) xidmət etmək üçün təcili toplanış məntəqəsinə çağırılıb.

Publika.az "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu kiçik oğlunu hərbi xidmətə yola salmaq üçün çağırış məntəqəsinə gəlib. Həyat yoldaşı Sara da onun yanında olub.

İsrail qanunlarına görə, ÇAXAL-da hərbi xidmət keçmək hər bir ölkə vətəndaşının, hətta qadınların belə üzərinə düşən məcburi öhdəlikdir.

Qeyd edək ki, Avnerin böyük qardaşı Yair artıq ordu sıralarından tərxis olunub. İsrailin baş nazirinin özünə gəlincə, o, kapitan hərbi rütbəsinə sahibdir. Benyamin Netanyahu elit kəşfiyyat bölüyündə hərbi xidmət keçib, bir neçə gizli hərbi əməliyyatlarda iştirak edib. İki dəfə yaralanıb. Baş nazirin qardaşı Yonatan Netanyahu isə İsrailin milli qəhrəmanıdır. O, 1976-cı ildə Uqandada İsrail əsirlərinin azad olunması üçün təşkil edilmiş əməliyyatda həlak olub.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm