Terrorçular 28 fəhləni güllələdi – VİDEO
Bizi izləyin

Dünya

Terrorçular 28 fəhləni güllələdi – VİDEO

Keniyanın şimal-şərqində terror hadisəsi baş verib.

Publika.az “Əl Cəzirə” telekanalına istinadən xəbər verir ki, Mandera şəhəri yaxınlığında yerləşən daş karxanasına terrorçular hücum edib. Nəticədə 36 fəhlə öldürülüb.

Hücumu Somalidə son vaxtlar aktivləşən “Əş-Şəbab” qruplaşması təşkil edib. Bu terror aktı ilə onlar Keniya hökumətini Somaliyə hərbi yardım etməkdən çəkindirməyə çalışırlar.

Noyabrın ortalarında da Keniyada oxşar terror aktı törədilmişdi. “Əş-Şəbab” döyüşçüləri sərnişin avtobusunu ələ keçirmişdilər. Avtobusdakı sərnişinlərdən “Qurani Kərim” ktabından ayələr soruşulmuşdu. Müsəlman olmayan 28 sərnişin güllələnmişdi.

Diğər Afrika ölkəsi Nigeriyada isə başqa bir islamçı qruplaşma –“Boko Haram” yeni terror aktı törədib. 126 nəfər ölüb, 300 nəfər yaralanıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm