“Əl-Qaidə”nin yeni “11 sentyabr” planı: Avropanın 5 böyük şəhəri hədəfdə
Bizi izləyin

Dünya

“Əl-Qaidə”nin yeni “11 sentyabr” planı: Avropanın 5 böyük şəhəri hədəfdə

“Əl-Qaidə” terror təşkilatı Avropanın beş böyük şəhərində 11 sentyabr hadisəsinə bənzər terror aktları hazırlayır.

Publika.az-ın xəbər verir ki, bu barədə Almaniyanın “Express” qəzeti ingilis kəşfiyyat mənbələrinə istinadən bildirib.

Xəbərdə bir hava limanının təhlükəsizlik əməkdaşının “bizə miladdan əvvəl beş sərnişin təyyarəsi ilə hücum ediləcəyi deyildi” sözləri yer alıb. “Əl-Qaidə”nin hücum planlarının təxminən iki aydır məlum olduğu vurğulanıb. Təhlükəsizlik əməkdaşı qəzetə bildirib ki, hücum planları “Əl-Qaidə”nin rəhbər heyəti tərəfindən hazırlanıb.

Alman nəşri İngiltərənin daxili işlər naziri Teresa Meyin terror hücumları ilə bağlı ötən həftə etdiyi xəbərdarlığı xatırladıb. Nazir İngiltərənin tarixin ən böyük terror təhlükəsi ilə üz-üzrə olduğunu bildirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm