• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ər arvadını boğdu, sonra güllələdi, məhkəmə isə onu azadlığa buraxdı - ŞOK OLAY

  • Dünya
  • 2 Dekabr 2014 14:42
  • 1 148 Baxış
Ər arvadını boğdu, sonra güllələdi, məhkəmə isə onu azadlığa buraxdı - ŞOK OLAY

Ötən ay əri tərəfindən ağır işgəncələrə məruz qalan, əvvəlcə boğulan, daha sonra bədəninin 3 müxtəlif nahiyəsindən güllələnən, ölümlə təhdid olunan qadının fəryadına qulaq verən yoxdur.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulda qeydə alınıb.

Əldə edilən bilgilərə görə, aralarında boşanma ilə bağlı məhkəmə çəkişməsi gedən cütlük bir müddətdir ki, ayrı yaşayır. Buna rəğmən, H.T. adlı qadın noyabrın 11-də İstanbulda küçənin ortasında əri tərəfindən hücuma məruz qalıb. Qadının həyat yoldaşı elə oradaca H.T.-ni güllələyib. Şahidlərin sözlərinə görə, açılmış atəş nəticəsində qadın ayaq nahiyəsindən 3 güllə yarası alıb. Dərhal xəstəxanaya aparılan H.T. bir neçə gün müalicə alıb.

Hadisədən sonra qəfil qeybə çəkilən ər isə Qaziantepdə yaxalanıb. Ancaq o, qısa müddətdən sonra Qaziantep Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Saldırqan ər “Məqsədim öldürmək deyildi. Sadəcə qorxutmaq üçün atəş açdım” deyə ifadə verdikdən sonra məsələyə İstanbul Barosu qarışıb. Nəticədə H.T. barəsində xüsusi qoruma qərarı çıxarılıb. Ailə və Sosial Siyasət Nazirliyi də hərəkətə keçdi.

Hazırda qadın xəstəxanadan evə buraxılıb və H.T. onu güllələyən ərinin hələ də azadlıqda gəzməsini heç cür anlaya, qəbul edə bilmir: “O, əvvəlcə iş yerimə gəldi. Boğazımı sıxdı, məni boğmağa çalışdı. Sonra məni izləməyə başladı və küçənin ortasında ayaqlarıma atəş açdı. Qaçarkən isə “Bu işim yarımçıq qaldı. Amma mütləq tamamlayacağam” deyə məni təhdid etdi. Məgər mənim canım bu qədərmi ucuzdur? Məni özümdən çıxaran, əhvalımı pis edən odur ki, daha 4 yaşlı oğlumla telefonla belə danışa bilmirəm».

Hadisə ilə bağlı açıqlama verən İstanbul Barosunun İdarə Heyətinin üzvü, İstanbul Qadın Haqları Mərkəzinin sədri Aybəniz Tuskanın sözlərinə görə, qadınlara qarşı zor tətbiq edən kişilərin mütəmadi izlənilməsi, onların nə etdiyi və hara getmələri daim müşahidə altında olmalıdır: “Xanımını yaraladıqdan, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirdikdən sonra məhkəmə qərarı ilə azadlığa buraxılan kişilərə qarşı daha sərt cəza tədbirlərinə baş vurulmalıdır. Qeyd edim ki, Türk Cəza Qanununun 86-cı maddəsinə əsasən həyat yoldaşına ağır bədən xəsarətləri yetirmiş şəxs 3 il müddətinə azadlıqdan məhrum edilə bilər. Düşünürəm ki, məhkəmə qərarı ilə azadlığa buraxılan ərlər daha sonradan psixi müayinədən keçməli və onlar hər zaman nəzarətdə saxlanılmalıdırlar. Əks təqdirdə, həmin şəxs bu işi bir müddət sonra yenidən təkrarlaya bilər. Bu isə sonda ağır fəsadlara səbəb olacaq. Odur ki, xanımlarını döyən, onlara ağır bədən xəsarətləri yetirən bütün kişilər mütləq həkim müayinəsindən keçməlidirlər”.

Valeh

Xəbər lenti

DAHA ÇOX XƏBƏR