3 bankda axtarış aparıldı, hesablarına həbs qoyuldu
Bizi izləyin

Dünya

3 bankda axtarış aparıldı, hesablarına həbs qoyuldu

Bu gün səhər saatlarında 3 nəhəng bankın ofisində ciddi yoxlamalara start verilib.

Publika.az Fontanka.ru-ya istinadən xəbər verir ki, Rusiyanın İqtisadi Təhlükəsizlik və Anti-Korrupsiya İdarəsinin əməkdaşları xüsusi xidmət orqanlarının nümayəndələri ilə birlikdə "Sberbank"ın Sank-Peterburq şəhəri, Kasnıy Tekstilşik 2 ünvanında yerləşən ofisində axtarışlara başlayıb.

Səhər saat 10:30 radələrində baş tutmuş axtarış zamanı adıçəkilən maliyyə qurumunun şimal-qərb filialının baş ofisindən bir sıra zəruri sənədlər götürülüb. Daha sonra Anti-Korrupsiya İdarəsinin və xüsusi xidmət orqanlarının əməkdaşları "Rosenerqobank"ın, "SİAB" bankın, "Peterburq Sosial Kommersiya Bankı"nın ofislərində də müvafiq yoxlamalar aparıblar.

Sözügedən tədbirlər Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 172-ci maddəsi (qeyri-qanuni bank fəaliyyəti) ilə açılmış cinayət işinin araşdırılması çərçivəsində baş tutub. Peterburq Məhkəməsi isə öz növbəsində, yuxarıda adıçəkilən maliyyə qurumlarının bank hesablarına həbs qoyulması ilə bağlı qərar verib.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm