Suruçda “Kobani nümayişi” keçirildi
Bizi izləyin

Dünya

Suruçda “Kobani nümayişi” keçirildi

Suriyanın Kobani şəhərində İŞİD terror qruplaşması ilə Azad Suriya Ordusu (ASO) və peşmərgənin dəstəklədiyi YPG (kürd özünü müdafiə qüvvələri) gücləri arasındakı qarşıdurmalar 79-cu günündə də davam edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, şəhərin şərq hissəsində gedən qarşıdurmalarda raketlərdən istifadə edilir.

Ağır silahlarla döyüşlərin aparıldığı Kobani səmalarında isə koalisiya təyyarələri kəşfiyyat uçuşlarını həyata keçirir.

Xəbərdə həmçinin bildirilir ki, dünən gecə Türkiyənin Suruç şəhərinin Aligör məhəlləsində İŞİD-in Kobaniyə hücumunu bəhanə edən bəzi şəxslər nümayiş təşkil edib. Etirazçılar onlara mane olmağa çalışan jandarmaya daş və “molotof kokteyli” atıb. Jandarmanın bibər qazı və təzyiqli su ilə müdaxiləsindən sonra nümayiş başa çatıb.

Aligör məhəllədə isə köhnə bələdiyyə binasında silah-sursat tapılıb. Axtarışlarda 3 tüfəng, 18 əl bombası, 25 fişəng, 27 tapança gülləsi, 207 kamuflyaj və bomba istehsalında istifadə edilən müxtəlif vasitələr ələ keçirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm