Bu əcnəbilər Ukrayna hökumətində yer alacaq – Fərman
Bizi izləyin

Dünya

Bu əcnəbilər Ukrayna hökumətində yer alacaq – Fərman

Ukrayna prezidenti Pyotr Poroşenko Natalya Yaresko, Aleksandr Kvitişvili və Ayvaras Abramaviçusa Ukrayna vətəndaşlığı verib.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Seqolko “Facebook” səhifəsində yazıb.

“Üç əcnəbi Ukrayna vətəndaşı olmağa və öz təcrübəsini yüksək vəzifələrdə bölüşməyə razılaşıb. Düşünürəm ki, bu, onlar üçün sadə seçim deyil. Natalya Yaresko, Aleksandr Kvitişvili və Ayvaras Abramaviçus prezident fərmanı ilə Ukrayna vətəndaşları oldular”, - prezidentin mətbuat katibi qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm