Berlin “atəşin üstünə yağ tökmə”, Vaşinqton isə “qapı açıqdır” dedi – Bəs Moskva?
Bizi izləyin

Dünya

Berlin “atəşin üstünə yağ tökmə”, Vaşinqton isə “qapı açıqdır” dedi – Bəs Moskva?

Bu gün Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Pavel Klimkinin başçılıq etdiyi nümayəndə heyəti də iclasda iştirak edəcək.

Bundan başqa, Ukrayna-NATO komissiyanın iclası da planlaşdırılıb. NATO ölkələrinin baş diplomatları Donbas hövzəsində vəziyyəti, həmçinin Ukrayna hakimiyyətinin bloklara qoşulmamaq siyasətindən imtina barədə niyyəti və NATO-ya üzvlük üzrə xarici siyasət kursuna qayıdışı müzakirə olunacaq.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko yeni Ali Radanın ilk iclasında 2010-cu ildə elan edilmiş bloklara qoşulmamaq siyasətinin ölkənin ərazi bütövlüyünə zəmanət vermədiyini bildirib. O, qeyd edib ki, bu siyasətdən imtina etmək lazımdır.

P.Poroşenko həmçinin bildirib ki, Ukraynanın NATO-da olub-olmayacağını məsələsini siyasətçilər deyil, Ukrayna xalqı həll edəcək: “Hamını dərk etməyə çağırıram ki, siyasilərin bəyanatları Ukraynanın NATO-ya yaxınlaşdırmır. Birincisi, üzvlük üçün lazım olan meyarlara nail olmaq lazımdır. İkincisi, gəlin açıq danışaq, bizim xarici partnyorlarımızın bu mövzuda çox ehtiyatlı münasibəti diqqətə almaq lazımdır. Üçüncüsü isə, Ukrayna NATO-ya üzvlüyü məsələsini Ukrayna xalqı həll edəcək, siyasətçilər deyil”.

Ali Rada dekabr ayı ərzində qanunvericiliyə düzəlişlər etməyi planlaşdırır. Parlament koalisiyasının razılaşmasında da NATO-ya girişə hazırlıq xətti əksini tapıb. Ukrayna hakimiyyəti ən yaxın beş ildə Avropa Birliyi ilə assosiasiya çərçivəsində öhdəlikləri, həm də NATO meyarlarına uyğun islahatları həyata keçirməyə hazırlaşır. Prezident Pyotr Poroşenko bu günlərdə qeyd edib ki, Avropa Birliyi və NATO-nun üzvlük üçün Kiyevin qarşısına qoyduğu tələblərlərdə 95 faiz uyğunluq var. Əgər Ukrayna hakimiyyəti Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanın bütün bəndlərini və NATO meyarlarını müvəffəqiyyətlə yerinə yetirərsə, 2020-ci ilə Avropa Birliyi və NATO-ya üzvlük sifarişləri verə biləcək.

P.Poroşenko deyib ki, avrointeqrasiya kursunu hazırda Ukrayna cəmiyyətinin dörddə üç hissəsi dəstəkləyir. NATO-ay üzvlüyə gəlincə, Kiyev bu sualın cavabını referendumda tapmaq niyyətindədir.

Qərbdə isə Ukraynanın perspektivləri haqqında ümumi fikirlər yoxdur. ABŞ Kiyevin yeni siyasətini təqdir edir. Ceff Ratkenin ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bildirib ki, Vaşinqtonun məsələyə yanaşması dəyişməzdir və NATO-un qapıları hər ölkə, o cümlədən Ukrayna üçün açıqdır. NATO Parlament Assambleyasının prezidenti Hyu Beyli də eyni fikirdədir. Onun sözlərinə görə, Ukrayna hökuməti və xarici siyasətin istiqamətini müstəqil müəyyən etməlidir: “NATO-nun qapıları bizim standartlara uyğun olan Avropa ölkələri üçün açıq olaraq qalır”.

Amma Avropa Birliyində lider hesab edilən Almaniya hadisələrə real baxmağa və Ukraynaya vədlər verməməyi təklif edir. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ZDF kanalına müsahibəsində bildirib ki, Ukrayna ilk olaraq Krım və Donbas hövzəsi məsələləri də daxil olmaqla islahatları keçirməli və daxili problemləri həll etməlidir. Onun fikrincə, bu məsələlər uzun müddət gündəlikdə qala bilər: “Münaqişəni həll etmək üçün 14 gün kifayətdir, amma 14 il də lazım ola bilər”.

O, qeyd etdi ki, Ukrayna NATO-ya üzv olmaq niyyətini ifadə etməklə hazırkı çətin vəziyyət fonunda atəşin üstünə yağ tökür.

Kiyevdə bəzi ekspertlər hesab edirlər ki, alman naziri əslində Ukrayna hakimiyyətini avroatlantik inteqrasiya planları haqqında bəyanatlarla Rusiyaya sataşmamağa çağırıb. Ukraynalı ekspertlər Rusiya prezidentinin mətbuat katibi Dmitri Puskov yaxın vaxtlarda bəyanatını xatırladır. O, ifadə etmişdi ki, Moskvaya Ukraynanın NATO-ya daxil olmayacağı barədə yüzfaizli zəmanət lazımdır.

Avroatlantik Əməkdaşlıq İnstitutunun eksperti Vladimir Qorbaşanın fikrincə, NATO hadisələrin inkişafının müxtəlif ssenarilərini nəzərə alaraq planlar hazırlayır. “Amma bu planlar Baltikyanı ölkələri və Polşanın təhlükəsizliyinin təmin olunmasına, yəni NATO üzvlərinin müdafiəsi ilə bağlıdır. Söhbət Ukraynanın müdafiəsindən getmir. Vəziyyət açıq təcavüz halında dəyişə bilər”, - o, "Nezavisimaya Qazeta”ya açıqlamasında deyib.

Beynəlxalq Təhlükəsizlik Mərkəzinin əməkdaşı Aleksey Melnik hesab edir ki, Brüsseldəki görüşdən Ukrayna ilə bağlı sensasiya gözləmək lazım deyil. Ekspert həmçinin hesab edir ki, Ukrayna xarici siyasətin formalaşdırılmasında Rusiyanın fikirinə çox diqqət yetirilməməlidir:

“Biz daim eşidirik ki, Rusiyanı təhrik etməmək üçün NATO-ya daxil olmaq niyyətini ifadə etmək lazımdır. Amma Krım hadisələrindən başlayaraq hamı əmin oldu ki, Rusiya provokasiyalara ehtiyac duymur. O, özü üçün lazım olan hər şey edəcək. Buna görə də Ukrayna suveren hüquqlarına əsaslanaraq milli maraqları və təhlükəsizliyi maksimal təmin edən qərarlar qəbul etməlidir”.

Bununla belə, Aleksey Melnik etiraf edir ki, ən yaxın illərdə Ukrayna NATO-nun üzvü olmayacaq: "Bu strateji məsələnin reallaşdırılması iki əsas məsələdən asılıdır: Ukrayna və partnyorların hazırlıqları. Birincisi, Ukrayna texniki şərtləri yerinə yetirməlidir. Bu kurs siyasi elita və Ukrayna əhalisinin dəstəyini almalıdır. Yeri gəlmişkən, son bir neçə ay ərzində cəmiyyətdə NATO-ya üzvlüyü istəyənlərin sayı 20 faizdən 50 faizə qədər artıb. İkinci, NATO-nun bütün üzvlərinin razılığı lazımdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm