İŞİD liderinin ailəsinin həbsi ilə bağlı yeni xəbər yayıldı
Bizi izləyin

Dünya

İŞİD liderinin ailəsinin həbsi ilə bağlı yeni xəbər yayıldı

İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin həbs olunan ailə üzvləri ilə bağlı yeni məlumat yayılıb.

Publika.az-ın məlumatına görə, Livanın "Əs-Səfir" qəzeti yazır ki, həbs olunanlardan biri Bağdadinin oğlu deyil, qızıdı. Həmçinin qəzet İŞİD liderinin həyat yoldaşının adını da açıqlayıb. "Əs-Səfir"in yazdığına görə, Saja Əl-Dolamı adlı qadın qızı ilə birlikdə 10 gün əvvəl Suriya sərhədində hərbçilər tərəfindən ələ keçirilib. Onlara qarşı artıq Livanın hüquq-mühafizə orqanları tərəfindən ittiham irəli sürülüb. Hər iki şəxs xarici kəşfiyyat agentlikləri ilə əməkdaşlıqda ittiham olunur. Onların hazırda Livanın Müdafiə Nazirliyi tərəfindən soru-sual edildiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm