Koalisiya Nazirlər Kabinetinin tərkibini razılaşdırdı - Siyahı
Bizi izləyin

Dünya

Koalisiya Nazirlər Kabinetinin tərkibini razılaşdırdı - Siyahı

Ukrayna baş naziri Arseniy Yasenyuk Arsen Avakovanı Daxili İşlər Nazirliyinin başçısı postuna təklif edib.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, parlament koalisiyası hökumətə təklif edilən namizədlər siyahısını razılaşdırıb.

“Bütün kadr təkliflərini dəstəkləyirəm", - deyə A.Yasenyuk bildirib.

Bundan başqa koalisiya səhiyyə naziri vəzifəsinə Aleksandr Kvitaşvili, maliyyə naziri vəzifəsinə Natalya Yaresko, energetika naziri və kömür sənayesi naziri vəzifəsinə Vladimir Demiçenko, iqtisadiyyat naziri vəzifəsinə Ayvaras Abromaviçus, sosial inkişaf naziri vəzifəsinə Pavel Rozenko, informasiya məsələləri üzrə nazir vəzifəsinə Yuri Stesin namizədliyini razılaşdırılıb.

“Xalq cəbhəsi”ndən Pavel Petrenko ədliyyə naziri, Vyaçeslav Kirilenko baş nazirin müavini vəzifəsinə təklif edilir.

“Batkivşina” Partiyasından İqor Şevçenko ekologiya naziri, İqor Jdanov gənclər və idman naziri, “Qarşılıqlı yardım” birləşməsindən Aleksey Pavlenko aqrar siyasət naziri vəzifəsinə, “Radikal” Patiyasından Valeri Vaşevskiy isə baş nazirin müavini vəzifəsinə təklif olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm