Ekspert: “Putin Rusiyanı beş milyarddan çox ziyana saldı”
Bizi izləyin

Dünya

Ekspert: “Putin Rusiyanı beş milyarddan çox ziyana saldı”

“Cənub axını” qaz kəməri layihəsindən imtina Moskvaya beş milyard dollar başa gəldi”.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın “Cənub axını” layihəsindən imtinanı şərh edən “RusEnergy” konsantinq şirkətinin analitiki Mixail Krutixin bildirib.

“Rəsmi olaraq “Cənub axını” layihəsinə 5 milyard dollardan az xərcləndiyi deyilir. Bu isə faktiki olaraq itkidir. Amma “Qazprom” bəzi xərcləri gizlədir. Düşünürəm ki, Rusiyanın itkiləri daha çoxdur”, - Krutixin deyib.

Onun sözlərinə görə, "Cənub axını" layihəsinin reallaşdırılmamasının əsas səbəblərdən biri layihənin iqtisadi baxımdan sərfəli olmaması ilə bağlıdır. Krutixin həmçinin vurğulayıb ki, “Cənub axını” Ukraynanı cəzalandırmaq üçün lap əvvəldən siyasi layihə idi.

Qeyd edək ki, Rusiya “Cənub axını”nın əvəzində Türkiyəyə yeni qaz xəttini çəkməyi planlaşdırı. Bu xətt Türkiyə-Yunanıstan sərhədinin Türkiyə tərəfində yaradılacaq qaz terminalına birləşdirəcək.

“Qazprom” rəhbəri Aleksey Millər deyib ki, bu dəyişiklik nəticəsində “Cənub axını” xəttinin Avropadakı əlaqə nöqtəsi Bolqarıstan deyil, Türkiyə olacaq. Bu isə o deməkdir ki, TANAP kimi “Cənub axın”ı da Avropaya Yunanıstan üzərindən bağlanacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm