Fransadan İsrailə zərbə: Fələstin dövlət olaraq tanındı
Bizi izləyin

Dünya

Fransadan İsrailə zərbə: Fələstin dövlət olaraq tanındı

Fransa parlamentinin aşağı palatası olan Milli məclis Sosialist Partiyasından olan millət vəkillərinin təqdim etdiyi “Fələstinin dövlət olaraq tanınmasını” tələb edən qanun layihəsini qəbul edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, səsvermədən əvvəl partiya adından çıxış edən Fransua Lonkle Fələstinin dövlət olaraq tanınmasının İsrail-Fələstin probleminin həllinə fayda verəcəyini söyləyib.

İngiltərə və İspaniya parlamentlərinin də Fələstini tanıdığını millət vəkili Fransa parlamentinin də eyni addımı atmalı olduğunu deyib.

Müxalifətdəki Xalq Hərəkəti Birliyinin təmsilçisi Kristian Jakob Milli məclisin bu məsələdə qərar vermək səlahiyyətinin olmadığını bildirib. O, bu cəhdin konstitusiyaya zidd olduğunu dilə gətirib. Yakob bildirib ki, İsrail-Fələstin sülh danışıqlarının müsbət nəticələnməsindən sonra Fələstin tanına bilər. O, parlamentin qəbul edəcəyi qərarın heç bir hüquqi qüvvəsinin olmadığını ifadə edib.

Qanun layihəsi ilə əlaqədar ötən həftə Milli məclisinin iclasında danışan xarici işlər naziri Loran Fabius Fransanın üzərinə düşən məsuliyyəti yerinə yetirərək Fələstini dövlət olaraq tanıyacağını bəyan etmişdi.

Fransa Milli məclisində Fələstinin dövlət olaraq tanınması barədə qərarın qəbulundan sonra, eyni məsələ ilə bağlı digər bir qanun layihəsi 11 dekabrda Fransa Senatında səsverməyə çıxarılacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm