Şok xəbərdarlıq: Rusiya üç ildə Ehtiyat Fondunu “əridəcək”
Bizi izləyin

Dünya

Şok xəbərdarlıq: Rusiya üç ildə Ehtiyat Fondunu “əridəcək”

Rusiyanın Ehtiyat Fondundan 2015-ci ildə 500 milyard (təxminən 12 milyard dollar) rubl istifadə edilə bilər.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Maliyyə Nazirliyinin uzunmüddətli strateji planlaşdırma departamentinin direktoru Maksim Oreşkin bildirib.

“Bizim növbəti ildə əsas müdafiəmiz Ehtiyat Fondu olacaq. Ehtiyat Fondundan istifadə ediləcəyi artıq əvvəlcədən müəyyənləşdirilib. Hansı həcmdə istifadə ediləcəyi isə hələlik məlum deyil. Amma bu məbləğ 500 milyard rubla qədər ola bilər", - deyə M.Oreşkin deyib.

Bundan əvvəl maliyyə naziri Anton Siluanov qeyd edib ki, neftin qiyməti və rublun mübadiləsinin mənfi dinamikasının davam edəcəyi halda, Maliyyə Nazirliyi bu vəsaitlərə müraciət etməyə məcbur olacaq.

Öz növbəsində maliyyə nazirinin birinci müavini Tatyana Nesterenko analoji məbləğlərin 2016-2017-ci illərdə də lazım olacağını istisna etməyib: “Büdcə siyasəti nöqteyi-nəzərindən risklər var. Biz biz üç il ərzində təxminən 1,5 trilyon rubldan istifadə edə bilərik. Bu demək olar ki, Ehtiyat Fondunun yarısıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm