Misir prokuroru Mübarəkin bəraət almasına etiraz edir
Bizi izləyin

Dünya

Misir prokuroru Mübarəkin bəraət almasına etiraz edir

Misir prokurorluğu sabiq prezident Hüsnü Mübarək barəsində çıxarılmış bəraət hökmündən apellyasiya şikayəti verib.

Publika.az KP.ru-ya istinadən xəbər verir ki, Misir prokurorluğu Qahirə Ağır Cəza Məhkəməsinin Mübarəkin və onun iki oğlunun üzərindən ittihamların götürülməsi ilə bağlı çıxardığı qərarla razı deyil: «Təqsirləndirilən şəxsin barəsindən çıxarılmış bəraət hökmünü araşdıran prokurorluq hesab edir ki, həmin hökm qanunun aliliyinə cavab verməməklə yanaşı, hüquqi nöqteyi-nəzərdən düzgün deyil». Bu səbəbdən də Misirin baş prokuroru Hişam Barakat məhkəmə qərarından apellyasiya şikayəti hazırlamaq üçün təlimat verib.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm