ABŞ bazarından qovulan “Kalaşnikov” yeni müştəri axtarır
Bizi izləyin

Dünya

ABŞ bazarından qovulan “Kalaşnikov” yeni müştəri axtarır

ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından sonra "Kalaşnikov" konserni çox böyük bazarı itirib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə “Rostexnoloqi” (Rostex) Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov bildirib.

Konsern Cənubi Amerika, Asiya və Afrika bazarlarına bel bağlayır. “Kalaşnikov” müəssisəsinin başçısı Aleksey Krivoruçkonun sözlərinə görə, 2014-cü ildə konsern 140 min vahid silah satmağı planlaşdırır.

Konsernə əsas zərbəni ABŞ-ın sanksiyaları vurub. Çünki hərbi məhsulun əksəriyyəti məhz ABŞ bazarında satılırdı. “Ümid edirəm ki, ilin sonuna kimi yaranmış boşluğu dolduracağıq. Bunun üçün isə Cənubi Amerika, Asiya və Afrika bazarlarında məhsulumuzun satışını artırmaq lazımdır”, - "Rostex”in başçısı əlavə edib.

Qeyd edək ki, "Kalaşnikov" müəssisəsinə qarşı ABŞ-ın sanksiyaları 17 iyulda qəbul edilib. Sanksiyalar nəticəsində ABŞ-ın sifariş verdiyi 90 min ədəd “Kalaşnikov” avtomat silahından yalnız 34 mini çatdırılıb. Qalan 56 min “Kalaşnikov” isə anbarlarda alıcısını gözləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm