400-dən çox əcnəbi Rusiyadan deportasiya edildi - Siyahı
Bizi izləyin

Dünya

400-dən çox əcnəbi Rusiyadan deportasiya edildi - Siyahı

Rusiyanın Volqoqrad şəhərində yaşayan 36 qeyri-qanuni əcnəbi vətəndaş vətənlərinə deportasiya ediliblər.

Axar.az xəbər verir ki, Federal xidmətinin regional idarəsinin mətbuat xidmətindən verilən məlumatda bu ilin başlanğıcından dekabrın 1-dək 400-dən çox xarici vətəndaş Rusiyadan kənarlaşdırılıb. Deportasiya edilənlər Özbəkistan, Vyetnam, Azərbaycan, Əfqanıstan, Misir, Serbiya, Tacikistan, Qırğızıstan, Gürcüstan, Ermənistan, Qazaxıstan və Çin vətəndaşlarıdır.

İdarənin məlumatına görə, deportasiya edilənlərin sayı əvvəlki illərə nisbətən artıb. Ötən il 300-dən çox vətəndaş deportasiya edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm