Putinin strateji hədəfi açıqlandı
Bizi izləyin

Dünya

Putinin strateji hədəfi açıqlandı

“Rusiya prezidenti Vladimir Putini nə Qərbin sanksiyaları, nə neft qiymətlərinin aşağı düşməsi və rublun zəifləməsi, nə də onun yaxın ətrafı dayandıracaq”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri Kiyevdə keçirdiyi mətbuat konfransında İqtisadi Analiz İnstitutunun prezidenti, Rusiya Federasiyası prezidentinin sabiq məsləhətçisi Andrey İllarionov deyib.

“Putinin dayanacağına ümid etməyin, bunu unudun. Ümid etmək lazım deyil ki, neftin qiymətlərinin aşağı düşməsi Rusiyada hansısa kataklizmlərə gətirib çıxaracaq və Putini Ukraynaya qarşı hərbi kampaniyadan imtina etməyə məcbur edəcək. Bu, ən azından yaxın vaxtlarda olmayacaq. ”, - Putinin sabiq məsləhətçisi qeyd edib.

Putinin yaxın ətrafının prezidentinin ölkəni hara apardığını anlayıb-anlamadığına gəlincə, A.İllarionov bildirib ki, Rusiyada bütün əhəmiyyətli qərarları Putin şəxsən qəbul edir: “Putinin yaxın ətrafı strateji qərarların qəbulunda iştirak etmir. Xarici siyasət, xüsusən hərbi sferada strateji qərarları şəxsən Putin qəbul edir”.

A.İllarionov əmindir ki, onun sabiq rəhbəri Ukrayna haqqında strateji hədəfini dəyişdirməyəcək: “Krımı almaq, yaxud da Ukraynanın şərqində müharibəni təşkil etmək strateji hədəf deyil, yalnız strateji hədəfə çatmaq üçün alətlərdir. Strateji hədəf Ukrayna üzərində siyasi, iqtisadi və hərbi nəzarətin qurulmasıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm