İsraildə hakimiyyətdaxili savaş başlayıb
Bizi izləyin

Dünya

İsraildə hakimiyyətdaxili savaş başlayıb

İsrail dövləti erkən seçkilərə hazırlaşır.

Publika.az-ın məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu açıqlama verib.

O deyib ki, bir sıra iqtisadi və siyasi məsələlər barədə fikir ayrılıqlarına görə, koalisiya daxilində əlaqələr pisləşib. Ona görə də, maliyyə və ədliyyə nazirləri - Yair Lapid və Tzipi Livnini vəzifədən azad edən baş nazir, parlamenti buraxmağı düşünür.

Netanyahunun fikrincə, hər iki nazir ölkənin koalisiya hökumətinə ciddi zərər vururlar. Ona görə də baş nazir xalqın mandatı ilə yeni hökumət formalaşdırmağı qərara alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm