Türkiyənin “Bordo beretlilər”i Suriyaya göndəriləcək - İDDİA
Bizi izləyin

Dünya

Türkiyənin “Bordo beretlilər”i Suriyaya göndəriləcək - İDDİA

Türkiyə-Suriya sərhədində etibarlı bölgə yaradılır. Əraziyə Türkiyə xüsusi təyinatlı qüvvələri göndəriləcək.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir iddia ilə ABŞ-ın nüfuzlu qəzetlərindən olan “Wall Street Journal” çıxış edib.

Qəzetə görə, Vaşinqton və Ankara Türkiyə-Suriya sərhədində kiçik bir etibarlı bölgənin yaradılması mövzusunda razılaşmağa yaxındır. “Wall Street Journal” qeyd edib ki, etibarlı bölgənin Hələb şəhərinin şimalında və Kobani şəhərinin şərqində qurulması nəzərdə tutulub.

Yüksək rütbəli amerikalı səlahiyyətliyə istinad olunan xəbərdə bildirilir ki, etibarlı bölgə 160 kilometr uzunluğunda və 32 kilometr enində ola bilər. Xəbərdə həmçinin Türkiyə xüsusi təyinatlı qüvvələrin bölgəyə göndəriləcəyi və Suriya müxalifətinə mövqelərini qorumağa kömək edəcəyi vurğulanıb. Türkiyə xüsusi təyinatlıları həmçinin ABŞ təyyarələrinin İŞİD hədəflərini müəyyən etməsinə kömək edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm