Odessada terror: mağaza partladıldı
Bizi izləyin

Dünya

Odessada terror: mağaza partladıldı

Dekabrın 3-nə keçən gecə Ukraynanın Odessa şəhərində terror aktı həyata keçirilib.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, partlayış Ukrayna simvolikası satılan mağazada törədilib.

Mütəxəssislərin sözlərinə görə, naməlum şəxslər 200 qram trotil ekvivalentində olan partlayıcı qurğunu mağazanın pəncərəsinin altında yerləşdiriblər. Partlayış nəticəsində binanın divarlarından biri uçub, pəncərələr qırılıb. Yaxınlıqdakı evlərə və maşınlara da ziyan dəyib.

Hadisə baş verən zaman mağazada ancaq oranın sahibəsi olub. Qadın yaralanmayıb. Mağazada kamera quraşdırıldığından, təhqiqatçılar cinayətkarların tez bir zamanda tapılacağına ümid edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm