Dünyanın ən çox axtarılan nasist cinayətkarı Suriyada öldü – İLGİNC FAKTLAR
Bizi izləyin

Dünya

Dünyanın ən çox axtarılan nasist cinayətkarı Suriyada öldü – İLGİNC FAKTLAR

Dünyada ən çox axtarılan nasist müharibə cinayətkarlarından olan Alois Brunner Suriyada ölüb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə nasistlərin axtarışı ilə tanınan Simon Viesental Mərkəzinin Qüds şöbəsinin başçısı Efraim Zuroff deyib.

O, Alois Brunnerin 2010-cu ildə Suriyada öldüyünü bildirib. Efraim Zuroff 128 min 500 avropalı yəhudinin nasist düşərgələrə göndərilməsində ittiham olunan Brunnerin “fanatik bir antisemit" olduğunu qeyd edib.

İkinci Dünya müharibəsindən sonra Almaniyada saxta pasportla gizlənən Brunner 1954-cü ildə Misirə qaçıb. Misirdən sonra Suriyaya gedən Brunnerin başqa bir ad altında bu ölkənin keçmiş dövlət başçısı Hafiz Əsədin terror və təhlükəsizlik mütəxəssisi kimi çalışdığı bildirilir.

Qiyabi olaraq mühakimə olunan Brunner 1954-cü ildə Fransada ölümə məhkum edilib. O, məhkəmə önünə çıxmasa da, İsrailin “MOSSAD” gizli xidməti bir neçə dəfə onu öldürməyə cəhd edib. Amma bu cəhdlər boşa çıxıb. Zuroff Brunnerin keçmişdə iki bombalı məktub aldığını, üç barmağı və bir gözünü itirdiyini söyləyib.

Sonuncu dəfə 2001-ci ildə görünən Brunner Viesental Mərkəzi tərəfindən ən çox axtarılan müharibə cinayətkarlarından idi. Öldüyü hesab olunan Brunner artıq siyahıdan çıxarılıb.

ABŞ-da yerləşən Simon Viesental Mərkəzi ötən il İkinci Dünya müharibəsi vaxtı cinayət törədənlər barədə məlumata görə mükafat təyin edib. Ölkə boyu yayılan plakatlarda sonuncu nasistlərin tapılıb məsuliyyətə cəlb olunmasında əhalidən kömək istənilib.

Mərkəzin dəyərləndirməsinə görə, Almaniyada məhkəmə qarşısına çıxarılacaq 60 şəxs hələ də yaşamaqdadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm