Ukraynada yeni hökumət quruldu – SİYAHI
Bizi izləyin

Dünya

Ukraynada yeni hökumət quruldu – SİYAHI

Ukrayna Ali Radası yeni hökumətin tərkibini təsdiqləyib.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, Pavel Klimkin xarici işlər və Stepan Poltorak müdafiə naziri olaraq parlament tərəfindən ayrı-ayrı, hökumətin digər üzvləri isə ümumi səsvermədə təsdiqlənib.

Hökumət Ukrayna parlamenti tərəfindən təsdiqlənməsindən sonra and içərək işinə başlayıb.

Nazirlər Kabinetinin tərkibi aşağıdakı kimidir:

Vyaçeslav Kirilenko – mədəniyyət naziri və baş nazirin humanitar məsələlər üzrə müavini

Gennadiy Zubko – baş nazirin regional siyasət üzrə müavini

Valeriy Voşevski – baş nazirin infrastruktur üzrə müavini

Andrey Pivovarski – infrastruktur naziri

Anna Onişenko – dövlət naziri

Aleksandr Pavlenko – kənd təsərrüfatı naziri

İqor Jdanov – gənclik və idman naziri

Sergey Kvit – təhsil və elm naziri

Arsan Avakov – daxili işlər naziri

Pavel Pavlenko – ədliyyə naziri

Pavel Rozenko ­ – ictimai siyasət naziri

Vladimir Demşisin – enerji və kömür sənayesi naziri

Yuri Stets – informasiya siyasət naziri

Pavel Klimkin – xarici işlər naziri

Stepan Poltorak – müdafiə naziri

Yeni qurulan kabinetdə prezident Pyotr Poroşenko tərəfindən imzalanan fərmanla Ukrayna vətəndaşlığı alan Litva vətəndaşı Ayvaras Abramaviçus iqtisadiyyat naziri, Gürcüstan vətəndaşı Aleksandr Kvitaşvili səhiyyə naziri, Ukrayna əsilli ABŞ vətəndaşı Natalya Yaresko isə maliyyə naziri postunu tutub.

Köhnə kabinet üzvlərindən olan Kvit, Avakov, Pavlenko, Poltorak və Klimkin yeni kabinetdə də yer alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm