Abdulla Gülun xanımı tələbə oldu – 49 yaşında
Bizi izləyin

Dünya

Abdulla Gülun xanımı tələbə oldu – 49 yaşında

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün həyat yoldaşı Hayrunnisa Gül yenidən tələbə olub.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, o, İstanbul Boğaziçi Universitetinin Harvard Universiteti ilə birlikdə başladığı “İkinci bahar” proqramı çərçivəsində təhsil alacaq.

“İkinci bahar” proqramı böyük yaşlılar üçün universitet səviyyəsində təhsil almağa kömək edir.

Bundan əvvəl universitetə qəbul olunmasına baxmayaraq, hicab geydiyi üçün oxuya bilməyən Abdullah Gülün həyat yoldaşı “Gözəl sənətlərin inkişafı" və "Psixologiya" bölmələrində qeydiyyatdan keçib. Hayrunnisa Gül Türkiyə mediasına “İnsan dünyaya davamlı olaraq öyrənmək və özünü inkişaf etdirmək üçün gəlir. Öyrənmənin yaşı yoxdur” deyib.

Universitetə mühafizəçisi ilə getsə də, xanım Gül 20 nəfərlik sinfə tək daxil olur. O, kiçik oğlu Mehmet Emre Gülün məzun olduğu Harvard Universitetindən sertifikat alacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm