Mariupolda terror aktlarına hazırlaşan diversantlar saxlanılıb – FOTOLAR
Bizi izləyin

Dünya

Mariupolda terror aktlarına hazırlaşan diversantlar saxlanılıb – FOTOLAR

Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat bölməsi Mariupolda terror aktını hazırlayan diversantları saxlayıb.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzindən bildirilib.

Diversantların “Pes”, “Runiç” və “Djiqit” diversiya qruplarının üzvləri olduğu deyilir. Onlardan xeyli silah-sursat, o cümlədən qumbaraatanlar, “AK-74” avtomat silahı, müxtəlif kalibrli patronlar, Rusiya Federasiyası uniformasının dörd dəsti götürülüb.

Saxlananların sözlərinə görə, onlar Rusiyanın Krasnodon rayonu ərazisindəki məşq düşərgəsində təlim keçib. Diversantlar üç həftə ərzində pulemyot, avtomat və qumbaraatanlardan istifadə qaydalarını öyrənib. Burada keçirilən hazırlıqdan sonra onlar Luqansk vilayətində “Novorossiya ordusu”nun sıralarda döyüş təcrübəsini əldə edib.

Diversantların döyüş tapşırığı Mariupol şəhərinə hərbi hücumun təşkili olub. Onlar terror aktının hazırlığı mərhələsində zərərsizləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm