Lukaşenko Moskvanı “ədəbsiz” adlandırdı
Bizi izləyin

Dünya

Lukaşenko Moskvanı “ədəbsiz” adlandırdı

Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin bir sıra müəssisələrin məhsullarının idxalına qadağa qoyan Rusiyanı ittiham edib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Lukaşenko Rusiyanın Gömrük İttifaqının normalarını pozduğunu bildirib.

“Rusiya Belarus müəssisələrinin istehsal etdiyi ərzaq məhsullarının idxalını qadağan etməklə özünü ədəbsiz apardı. Rusiya Gömrük Şurasında nail olduğumuz razılaşmalara qarşı getdi”, - Lukaşenko deyib.

Qeyd edək ki, Belarusun 8 müəssisəsindən Rusiya bazarı üçün ərzaq məhsulunun tədarükünə tətbiq edilmiş qadağa 24 noyabrdan qüvvəyə minib. Ayın 26-da isə siyahıya Belarusun daha 10 müəssisəsi daxil edilib. Qadağa nəticəsində Belarusdan Rusiyaya idxal edilən ət məhsulunun, demək olar ki, bütün həcmi - təxminən 400 min ton ət qadağa qərarının təsiri altına düşüb. Rusiya Belarusdan idxal edilən qida məhsullarının Rusiya və Gömrük İttifaqı standartlarına cavab vermədiyini, həmin məhsul növlərində zərərli mikroorqanizmlər və antibiotiklərin aşkar edildiyini iddia edib.

Belarus prezidenti isə Rusiya tərəfinin iddialarını rədd edir. Lukaşenkonun sözlərinə görə, Moskvanın səsləndirdiyi səbəb yalnız Belarusda deyil, istənilən rusiyalıda da gülüşü doğuracaq. O, Rusiya ərzaq məhsullarının təhlükəsizlik baxımından Belarus məhsullarından qat-qat geri qaldığını dilə gətirib.

Ötən həftə Belarus məhsullarının Rusiyaya çatdırılması ilə bağlı yaranan vəziyyətdən yorulduğunu dilə gətirən Lukaşenko Minskin cavab addımları atacağını istisna etməyib.

“Rusiya hakimiyyətinin davranışı məni nəinki təəccübləndirir, həm də məyus edir. Əgər yaxın vaxtlarda iki ölkə arasında ticarət normallaşdırılmasa, biz reaksiya verməyə məcbur olacağıq. Bu cür davranış nə üçündür?" - Lukaşenko vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm