Aeroportda saxlanılan İŞİD tərəfdarı ilə bağlı ŞOK FAKTLAR
Bizi izləyin

Dünya

Aeroportda saxlanılan İŞİD tərəfdarı ilə bağlı ŞOK FAKTLAR

Suriyada döyüşlərdə iştirak etmiş 1985-ci il təvəllüdlü Şahbazi Bəhruz Bəxtiyar oğlu ilə bağlı Publika.az yeni məlumatlar əldə edib.

Qeyd edək ki, Şahbazi Bəhruz Heydər Əliyev Beynəlxalq Aeroportunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Aparılan araşdırmalar zamanı onun Türkiyə vasitəsi ilə Suriyaya gedərək döyüşlərdə iştirak etdiyi məlum olub.

B. Şahbazi Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya dəstə yaratma) maddəsinə əsasən təqsirləndirilir.

Publika.az-ın əldə etdiyi məlumata görə, onun atası Ramiz Şahbazi ilə Suriyaya getmək istəyərkən sərhəddə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


Ata və oğul Gürcüstan vasitəsilə Türkiyəyə, ordan da Suriyaya getmək istəyiblər. Hər iki şəxs İŞİD tərəfdarıdır. Onlar Suriyaya gedərək İŞİD sıralarına qoşulmaq istəyirlərmiş.

Məlumata görə, R. Şabhazinin digər oğlu Xudat xəvvariclərinə rəhbərlik edən şəxslərdəndir. Ailənin şəhərdə İŞİD təbliğatı apardığı deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm