• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Putin İtaliyanın baş naziri olsun”

  • Dünya
  • 3 Dekabr 2014 16:49
  • 515 Baxış
“Putin İtaliyanın baş naziri olsun”

İtaliyanın ən böyük müxalifət partiyası olan “Şimal liqası”nın sədri Matteo Silvini ölkəsinin baş nazir postunda Rusiya prezidenti Vladimir Putini görmək istədiyini deyib.

Publika.az “HuffingtonPost Italia” qəzetinə istinadən xəbər verir ki, Matteo Silvini hazırkı baş nazir Matteo Reçiyə etibar etmir:

“Əgər seçim imkanım olsaydı, mütləq halda Putini bizim ölkənin baş nazir postunda görmək istərdim”.

O həmçinin bildirib ki, Moskvaya qarşı sanksiyaları dəstəkləmək axmaqlıqdır. Bu, İtaliyaya 5 milyard avro zərər vuracaq:

“Əgər Ukraynanın bir hissəsi Rusiyanın tərkibinə keçmək istəyirsə, niyə də olmasın? Biz Rusiyadan qaz idxal edən ölkəyik. İndi onlara müharibə elan etməliyik? Əksinə, dialoq aparmalıyıq”.

Bildirilir ki, Matteo Silvini oktyabrda Milanda keçirilmiş “Avropa-Asiya” forumunda Vladimir Putinlə görüşüb. Hətta aralarında qısa söhbət də olub.

İtaliyalı siyasətçi ümid edir ki, 2015-ci ildə Rusiya prezidenti ilə yenidən görüşə biləcək.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR