Ukraynada AES-də heç bir partlayış olmayıb – RƏSMİ
Bizi izləyin

Dünya

Ukraynada AES-də heç bir partlayış olmayıb – RƏSMİ

Ukraynanın Zaporojye atom elektrik stansiyasında fövqəladə heç bir hadisə baş verməyib.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə energetika və kömür sənayesi naziri Vladimir Demçişin AES-də partlayış olduğu barədə “düşmən və sarı mətbuatın” yazdığı məlumata münasibət bildirərkən deyib.

Nazir qeyd edib ki, AES noyabrın 28-də elektrik müdafiəsi nəticəsində dayanıb və sonra təmirə bağlanılıb: “Adi qəza 3-cü blokda olub. Bu nə nüvə reaktoru, nə də elektrik istehsalı ilə bağlı deyil. Şüalanma yoxdur. Hazırda bütün qüvvələr qəzanın aradan qaldırılması ilə məşğuldur. Sarı mətbuata isə sensasiya xətrinə ucuz informasiya yaymamağı məsləhət görərdim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm