• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İsveçdə siyasi böhran, parlament buraxılır

  • Dünya
  • 4 Dekabr 2014 07:34
  • 381 Baxış
İsveçdə siyasi böhran, parlament buraxılır

Gələn il İsveçdə yeni parlament seçkiləri keçiriləcək.

Publika.az-ın məlumatına görə, bu barədə İsveçin baş naziri Stefan Lyoven açıqlama verib. Onun sözlərinə görə, ölkənin büdcə layihəsi parlamentdə səs çoxluğu ilə qəbul olunduqdan sonra belə qərar qəbul edilib.

Qeyd edık ki, problemlər sosial-demokrat partiyasından olan yeni baş nazir Stefan Lyoven 2015-ci ilin büdcə layihəsində sosial sahə, iş yerlərinin yaradılması üçün xərclərin artırılmasına nail olmağa cəhd göstərdikdən və İsveçin liberal immiqrasiya qanunlarını dəstəkləməyi vəd etdikdən sonra meydana çıxıb. Lakin maliyyə paketi yetərincə dəstəklənmədi. Çünki parlamentdə qüvvələrin tarazlığını qoruyan milli-demokratlar partiyası İsveçin sağ mərkəzçi müxalifətinin təqdim etdiyi büdcəni dəstəkləməyi qərara aldı.

Nəticədə 182 siyasətçi müxalifətin büdcəsinə səs verdiyi halda, dövlət büdcəsinin layihəsi 153 səs qazandı və bununla da ölkədə siyasi böhran başlandı. Hətta uzun sürən danışıqlardan sonra da problemin həlli yolunu tapmaq mümkün olmadı. Buna görə də gələn il martın 22-də yeni seçkilər keçiriləcək.

Xatırladaq ki, İsveç parlamentinə axırıncı seçkilər bir qədər əvvəl, 2014-cü ilin sentyabrında keçirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR