Keçmiş prezident: “Əhəmiyyətlidir ki, sənədin altında Rusiyanın imzası var”
Bizi izləyin

Dünya

Keçmiş prezident: “Əhəmiyyətlidir ki, sənədin altında Rusiyanın imzası var”

Donbas hövzəsində vəziyyətin nizama salınması üzrə danışıqların yeni raundu Belarusda gələn həftə keçirilə bilər.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın keçmiş prezidenti Leonid Kuçma bildirib.

Qeyd edək ki, Minsk formatında Rusiya, Ukrayna, ATƏT və Donbas hövzəsindəki separatçı qurumların nümayəndələri yer alıb. L.Kuçma isə burada Ukraynanı təmsil edir.

Keçmiş prezident Minsk razılıqlarının əsas sənəd olduğunu deyib: “Atəşkəs rejiminə əməl olunmadı. Amma hesab edirəm ki, bu, əsas sənəddir. Sənədə bütün dünya istinad edir və çox əhəmiyyətlidir ki, onun altında Rusiyanın imzası da var”.

"Donetsk Xalq Respublikası” separatçı qurumun rəhbərliyindən isə bildiriblər ki, əlaqə qrupunun iclası haqqında informasiyaya malik deyillər.

Xatırladaq ki, Minsk əlaqə qrupu sentyabrın 5-də Donbas hövzəsində atəşkəs barədə sənədin imzalanmasına nail olub. Lakin atəşkəs mütəmadi pozulur və tərəflər bir-birini ittiham edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm