Dünya
ABŞ 2020-ci ilə qədər qazını Avropaya çatdıracaq
ABŞ Rusiyadan enerji resurslarının ixracını tənzimləmək üçün 2020-ci ilə qədər Avropaya təbii qazın çatdırılmasına başlaya bilər.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə amerikalı respublikaçı senator Con Makkeyn bildirib.
C.Makkeyn qeyd edib ki, Rusiyanın “Cənub axını” qaz kəmərinin tikintisindən imtina etməsi Bolqarıstanın qərarı ilə təmin edilib: "Mən şadam ki, bizim Avropadakı dostlarımız qaz kəmərinin tikintisini ləğv etdi”.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 1-də Türkiyə səfərində “Cənub axını” qaz kəməri layihəsinin icrasının dayandırıldığını bəyan edib. O, Moskvanın addımını Avropa Birliyinin qeyri-konstruktiv mövqeyi ilə izah edib. Eyni zamanda Rusiya Türkiyənin üzərindən keçəcək yeni qaz kəmərinin tikiləcəyini açıqlayıb.
ABŞ isə Avropada qaz mayeləşdirən infrastrukturun tikintisində maraqlıdır. Kolumbiya Universiteti Qlobal Energetika Siyasəti Mərkəzinin tədqiqatına əsasən mayeləşdirilmiş qazın dünya bazarlarına daxil olması “Qazprom” şirkətinin gəlirini 30-40 fazi azalda bilər.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!