Ukrayna partizanları 110 separatçını məhv etdilər
Bizi izləyin

Dünya

Ukrayna partizanları 110 separatçını məhv etdilər

Ukraynalı partizanlar Donetsk vilayətində iki gün ərzində 110 separatçını məhv edib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə antiterror qərargahının mətbuat mərkəzinin “Facebook” səhifəsində bildirilib.

“Dekabrın birində partizan dəstəsinin döyüşçüləri Staromixaylovski ərazisində yerləşən fermada təxminən 50 döyüşçünü məhv edib. Növbəti gün də partizanlar “rus dünyasının böyük döyüşçüləri” ilə qəddar zarafat ediblər. Həmin gün Petrovka ərazisində daha 50 döyüşçü öldürüldü. Ümumilikdə, iki gün ərzində partizanlar Ukrayna torpağını 110 muzdludan təmizlədilər", - xəbərdə deyilir.

Dünən isə antiterror qərargahı Donbas hövzəsində antiterror əməliyyatların başlanmasından bu yana 8 min separatçının məhv edildiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm