Qroznıda vuruşan mücahidlərdən iddialı açıqlama - VİDEO
Bizi izləyin

Dünya

Qroznıda vuruşan mücahidlərdən iddialı açıqlama - VİDEO

Biz Qroznıda heç bir itki verməmişik.

Axar.az xəbər verir ki, bu barədə açıqlamanı sosial şəbəkələrdə çeçen mücahidləri yayıblar.

Açıqlamada Qroznıya mərhum Doku Umarovun sağ əli olan Əmir Xamzatın əmriylə girildiyi deyilib:

“Hazırda döyüşlər gedir. Şəhərə çoxlu mücahid daxil olub. Bu akt mürtədlərin müsəlman qadınlarına, bizim bacılara toxunmağa cəsarət etdikləri üçün həyata keçirilib. Bu, intiqam əməliyyatı, şəhid əməliyyatıdır və biz ölənə qədər döyüşəcəyik. Biz çoxlu maşın, hərbi kolon məhv etmişik. Şəhərə yayılmışıq. Döyüşlər gedir və bizdən heç kim yaralanmayıb”.

Qeyd edək ki, Çeçenistan Prezidenti Ramzan Kadırov və Rusiya Milli Anti-terror Komitəsi tərəfindən verilən açıqlamada mətbuat evini tutan 6 terrorçunun məhv edildiyi bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm