• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İŞİD Avropada fahişəxana işlədir

  • Dünya
  • 4 Dekabr 2014 16:56
  • 499 Baxış
İŞİD Avropada fahişəxana işlədir

İŞİD terror təşkilatı ilə bağlı daha bir tükürpədici iddia irəli sürülüb.

Publika.az-ın verdiyi xəbərə görə, İngiltərənin “Daily Mail” qəzeti İŞİD-in Yaxın Şərqdə qaçırıb təcavüz etdikləri qadınları Avropadakı fahişəxanalara satdığını yazıb.

Sözügedən fahişəxanaları işlədənlər isə İŞİD üzvləri ilə evlənmək üçün Suriya və İraqa gedən Avropalı qadınlardır. “Daily Mail” nəşrinin ortaya çıxardığı bir hesabata görə, bir çox ingilis qadın İŞİD üçün fahişəxanalar işlədir.

Yazıda qeyd olunur ki, indiyə kimi İŞİD üzvləri ilə evlənmək üçün İraq və Suriyaya gedən 11-dən çox ingilis qadını müəyyənləşdirilib.

Qeyd edək ki, bu günlərdə oxşar bir iddia ilə XX əsr Türkiyə İnstitutunun rəhbəri, “XX əsr” jurnalının redaktoru Ümid Özdağ Duysburqda qatıldığı bir konfransda çıxış edib. O bildirib ki, Suriya və İraqdan gələn mühacirlərin arasında olan bakirələr Türkiyədə 5 min lirəyə (təxminən 2250 dollar – Ö.D.) hərraca çıxarılır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR