ABŞ və Rusiya diplomatik müharibə astanasında
Bizi izləyin

Dünya

ABŞ və Rusiya diplomatik müharibə astanasında

Rusiya VTB Maliyyə Qrupunun İdarə heyətinin başçısı Andrey Kostin ABŞ-a hədələyici tonda mesaj göndərib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Kostin ölkəsinin Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) sisteminə girişinin bağlanılmasının müharibə anlamına gələcəyini bildirib.

“Rusiya banklarının SWIFT sisteminin bağlanıldığı gün Amerika səfiri Moskvanı tərk etmək məcburiyyətindədir”, - o deyib.

A.Kostin həmçinin Rusiyanın SWIFT sisteminə girişinin bağlanacağı halda B planlarının olduğunu söyləyib. Rusiyanın ikinci ən böyük bankı olan VTB Maliyyə Qrupunda dövlət 60 faiz paya malikdir.

Qeyd edək ki, Rusiyanın SWIFT sisteminin bağlanılması məsələsi Avropa Birliyi və ABŞ tərəfindən sanksiyaların tətbiqindən sonra gündəmə gəlib. Dünyanın 200-dən çox ölkənin 10,5 mindən çox bankı xarici banklara pul göndərmək üçün SWIFT sistemindən istifadə edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm