• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

17 ştat ABŞ Prezidentini məhkəməyə verdi

  • Dünya
  • 4 Dekabr 2014 20:32
  • 439 Baxış
17 ştat ABŞ Prezidentini məhkəməyə verdi

ABŞ-ın 17 ştatının rəhbərliyi Prezident Barak Obamanı məhkəməyə verib.

Publika.az xəbər verir ki, ştat rəhbərlərinin iddia ərizələrində Prezidentin ABŞ konstitusiyasını pozduğu bildirilir və məhkəmədən Obamanın imiqrantlarla bağlı imzaladığı sərəncamın ləğv edilməsi tələb olunur. İddiaçıların fikrincə, mühacirlərin ölkədə qalmasını qanuniləşdirən sərəncam ABŞ-ın cənub sərhədlərində humanitar böhranı dərinləşdirəcək.

Prezidentin Konqres tərəfindən qəbul edilən qanunlara nəzarət barədə öhdəliyini yerinə yetirmədiyini deyən Texasın baş prokuroru Qreq Ebbott ABŞ liderini səlahiyyəti olmadan miqrasiya haqda qanunları yenidən yazmağa cəhd etməkdə təqsirləndirir.

Qeyd edək ki, noyabr ayının sonunda Barak Obama Konqresdən yan keçərək təxminən 5 milyona yaxın mühacirin ölkədə qalmasını qanuniləşdirən sərəncam imzalayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR