Mücahidləri tutmaq üçün məktəb binasını dağıtdılar - VİDEO
Bizi izləyin

Dünya

Mücahidləri tutmaq üçün məktəb binasını dağıtdılar - VİDEO

Mücahidləri axtaran təhlükəsizlik qüvvələrinin əməkdaşları Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində 20 saylı orta məktəb binasını dağıdıblar.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, sonradan məktəbdə mücahidlərin olmadığı bəlli olub.

Qeyd edək ki, ötən gecə Qroznının mərkəzində mücahidlərlə təhlükəsizlik əməkdaşları arasında şiddətli döyüşlər gedib. Döyüşdə pulemyotlardan, həmçinin ağır texnikadan istifadə olunub.

Mücahidlərin bəyanatında deyilir ki, döyüşdə qarşı tərəfin xeyli sayda avtomobili, zirehli texnikası və çoxlu sayda “kadırovçu” öldürülüb. Qroznı 9-cu şəhər xəstəxanasından da ora çoxlu cəsəd və yaralının gətirildiyi bildirilib. Öz növbəsində Rusiya KİV-i bildirib ki, 10 polis ölüb və bundan daha çoxu yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm