Fransa Somali quldurlarına kompensasiya ödəyəcək
Bizi izləyin

Dünya

Fransa Somali quldurlarına kompensasiya ödəyəcək

İnsan Haqları üzrə Avropa Məhkəməsi Fransanı 9 Somali qulduruna kompensasiya ödəməyə məcbur edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, onlar 2008-ci ildə Fransa gəmilərinə hücumlarda ittiham olunaraq saxlanılmışdı.

Avropa Məhkəməsinin qətnaməsinə əsasən quldurlardan hər biri Fransa hakimiyyətindən “mənəvi zərər” üçün iki mindən beş min avroya qədər alacaq. Paris məhkəmə xərclərinə üçün doqquz min avro ödəyəcək.

Məhkəmə qeyd edib ki, saxlanılan quldurlar dərhal məhkəmə qarşısına çıxarılmayıb və hüquq-mühafizə orqanları onları əlavə olaraq 48 saat nəzarət altında saxlayıb. Beləliklə, məhkəmə Fransanın onların hüquqlarını pozduğuna dair qərar verib.

Fransa isə iddia edir ki, quldurların dərhal məhkəmə qarşısına çıxarılması mümkün deyildi. Bildirilir ki, quldurlar tutulan zaman onlar ölkənin ərazisindən altı min kilometr uzaqlıqda idilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm