Əbədi prezident: “Mən bu postda öləcəm”
Bizi izləyin

Dünya

Əbədi prezident: “Mən bu postda öləcəm”

Təxminən 35 ildir hakimiyyətdə olan Zimbabve prezidenti Robert Muqabe ölənə qədər ölkənin başçısı qalacağına söz verib.

Publika.az-ın xarici xarici mediaya istinadən verdiyi məlumata görə, 2015-ci ilin fevralında 91 yaşını qeyd edəcək prezident təqaüdə çıxmağa hazırlaşmadığını bildirib.

Zimbabvenin daimi prezidenti Muqabe keçən il yeddinci müddətə prezident seçilmiş və opponentlərinə "özlərini asmağı” məsləhət görmüşdü. “Mən heç vaxt təqaüdə çıxmağa hazırlaşmamışam. Ölüm gələnə kimi bu postu tutacam”, - o, vurğulayıb.

Muqabe prezident postunu 1987-ci ilin 31 dekabrından tutur. Prezident kənd sakinləri və onu millətin atası hesab edən təbəqənin dəstəyinə arxayındı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm