Putin xalqı xəbərdar etdi: “Bizi çətin günlər gözləyir”
Bizi izləyin

Dünya

Putin xalqı xəbərdar etdi: “Bizi çətin günlər gözləyir”

Gələn il ölkənin tənəzzülə uğraya biləcəyi barədə proqnozlardan sonra parlamentə müraciət edən Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisini qarşıdan gələn çətin günlər barədə xəbərdar edib.

Publika.az-ın məlumatına görə, Vladimir Putin ötən müddət ərzində ölkənin həyatında baş verən hadisələri sadalayaraq “Krımın Rusiyaya birləşməsini” qeyd edib. O, yarımadanın Rusiya xalqına məxsus olduğunu deyərək Krımın Rusiya üçün “müqəddəs mənaya” malik olduğunu vurğulayıb. Putin Krımı İsraildəki Məbəd Dağı ilə müqayisə edib.

Qərbin bəhanəsi

Rusiya prezidenti nitqində Qərbi tənqid edib. O, deyib ki, Krım olmasa Qərb sanksiyalar tətbiq etmək üçün başqa bir səbəb tapacaqdı. Rusiya liderinin sözlərinə görə Ukraynanın şərqindəki faciə Rusiya siyasətinin düzgün olduğunu təsdiqləyib.

"Çətin zamanlar"

Eyni zamanda Vladimir Putin qardaş adlandırdığı qonşu ölkəyə hörmətlə yanaşacağını deyib. İqtisadiyyat haqqında danışan cənab Putin Rusiyanın dünyaya - xarici investisiyalara bə birgə layihələrə açıq olacağını bildirib. Bununla belə Prezident xəbərdar edib ki, Rusiyanı qarşıda çətin günlər gözləyir və çox şey “bizim hər birimizin necə işləməyimizdən asılıdır".

Parlamentin hər iki palatasına müraciət edən Vladimir Putin Qərbi Rusiya ətrafında yeni “dəmir pərdə” salmaq niyyətində ittiham edib.

Vladimir Putinin sözlərinə görə Qərbin sanksiyaları stimul kimi qəbul olunmalıdır: "Biz nəhəng daxili bazar, ehtiyatlar və qabiliyyətli əhaliyə malikik”.

"Maliyyə amnistiyası"

Prezident Putin ölkə iqtisadiyyatını canlandırmaq məqsədilə Rusiyaya qayıdan kapitallara "tam amnistiya" vermək təklifini irəli sürüb. Onun sözlərinə görə vəsaitlərilə əmlakını Rusiyada leqallaşdıran şəxslərə hüquqi təminatlar veriləcək.

"Geri gəlmək istəyən hər bir kəs Rusiyaya qayıtmaq hüququna malik olmalıdır. Biz iqtisadiyyatın ofşor səhifəsini çevirməliyik. Zənnimcə Kipr olaylarından sonra bizim biznes xaricdə maraqlarının dəyərlədirilmədiyini və milli qanunların ən yaxşı zəmanət olduğunu anlayacaq”.

Kipr 1990-cı illərdə Rusiya vəsaitlərini cəlb edən ən böyük ofşor mərkəzinə çevrilmişdir. Hərçənd ki, bəzi rusiyalı müştəri 2013-cü ildə baş verən Kipr bank böhranı nəticəndə maliyyə itkiləri vermiş oldu.

Dəyələndirmələrə görə gələn il 100 milyard dollardan artıq vəsait Rusiya hüdudlarını tərk edəcək. Daha əvvəl bu rəqəmin 50 milyard olacağı güman edilirdi.

Vladimir Putin həmçinin 4 il müddətinə verginin artırılmayacağını vəd edib.

Rublun qiyməti enir

Putinin Ukraynadakı vəziyyət barədə nitqlə çıxış etdiyi bir vaxtda rublun qiyməti ucuzlaşmaqda davam edib. Lakin Rusiya prezidentinin məzənnə ilə oynayanlara qarşı tədbir görmək barədə Mərkəzə Banka çağırışından sonra Rusiya valyutasının kursu qalxmağa başlayıb.

Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı tətbiq edilən Qərb sanksiyaları və neft qiymətlərinin aşağı düşməsi enerjidaşıyıcıları ixracından daha çox asılı olan Rusiya iqtisadiyyatına öz təsirini göstərməkdədir.

Rusiya Maliyyə Nazirliyinə əsasən, neftin 30 faiz ucuzlaşması və sanksiyalar 140 milyard dollar dəyərində iqtisadi itkilərə səbəb ola bilər.

Ötən ildən bəri Rusiya rublu dollara nisbətdə dəyərinin 40 faizini itirib. 2015-ci ildə inflasiyanın 10 faizə çatacağı proqnoz edilir.

Hərbiyyə

Rusiya ölkənin müdafiə qabiliyyətini təmin etməkdə qeyri-standart yollara əl ata bilər, Vladimir Putin deyib. Onun sözlərinə görə, heç kəs Rusiya üzərində hərbi üstünlüyə nail ola bilməyəcək.

Bununla yanaşı Rusiya lideri bildirib ki, ölkəsi baha başa gələn silah yarışına qatılmaq niyyətində deyil.

"Rusiya "düşmən axtarmaq və özünü təcrid etmək yolunu tutmayacaq”, - Putin parlamentə müraciətində bildirib.

Ukraynadakı roluna görə Qərb və NATO ölkələri Rusiya ilə hərbi əməkdaşlığı minimum səviyyəyə endiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm