• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

İŞİD liderinin ailəsi haqqında yeni məlumat: Həbs olunan qadın əslində kimdi?

  • Dünya
  • 5 Dekabr 2014 02:14
  • 748 Baxış
İŞİD liderinin ailəsi haqqında yeni məlumat: Həbs olunan qadın əslində kimdi?

Ötən həftə Suriya ilə sərhəddə saxlanan qadın və qızı haqqında yeni məlumatlar yayılıb.

Publika.az-ın məlumatına görə, DNT testləri təsdiq edib ki, Livanda həbsdə saxlanılan qadının yanındakı qzı İslam Dövləti (İD) qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin qızıdı. Onunla birlikdə saxlanılan Saja al-Dulaimi adlı qadın isə Bağdadinin keçmiş artvadı və qızın anasıdı.

Hökumətin dediyinə görə, Saja al-Dulaimi Əl-Qaidə qrupunun Suriyadakı filialı olan Əl-Nusranın fəal üzvünün qızıdır. Eyni zamanda güman edilir ki, o, bir dəfə Suriya hakimiyyəti tərəfindən saxlanılıb və martda əl-Nusra ilə məhbus mübadiləsi nəticəsində azad edilib.

Həmçinin rəsmilər MTV kanalına deyiblər ki, Dulaimi ilə birlikdə təkcə qızı deyil, eyni zamanda iki oğlu da saxlanılıb. Kanalın yaydığı məlumata görə, hazırda Dulaimi Əbu Bəkr əl-Bağdadinin xanımı deyil. O, üç dəfə evlənib. Birinci əri keçmiş İraq rejimindən bir kişi olub. Ondan iki oğlu var.

Altı il əvvəl isə o, Əbu Bəkr əl-Bağdadiyə ərə gedib. Üç ay davam edən evlilikdən sonra İŞİD liderindən ayrılıb. Onunla saxlanılan qız uşağı da Bağdadidən olan qızıdı. İndi o, bir fələstinli ilə evlidir və ondan hamilədir.

Livan rəsmilərinin açıqlamasına görə, hazırda Dulaiminin uşaqları yardım mərkəzində saxlanılır, özü isə Müdafiə Nazirliyinini qərargahında dindirilir.

Qeyd edək ki, İŞİD onların saxlanılmasını şərh etməyib. Əl-Nusra isə bu hadisəni pisləyib.

Bu barədə yayılan ilkin məlumatlarda qadının oğlu ilə birlikdə saxlanıldığı haqqında məlumat verilmişdi. Sonra saxlanılanlardan birnin qadınınn qızı olduğu açıqlandı və Dulaiminin Əbu Bəkr Əl Bağdadinin həyat yoldaşı olduğu təkzib edildi. Bu gün isə yayılan məlumatlarda onun iki oğlu və Bağdadidən olan qızı ilə birlikdə yaxlandığı bildirildi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR