İŞİD-dən Əsədə zərbə: Hərbi hava bazası dağıdıldı - VİDEO
Bizi izləyin

Dünya

İŞİD-dən Əsədə zərbə: Hərbi hava bazası dağıdıldı - VİDEO

İŞİD silahlıları Suriya hökumətinin Deyr əz-Zordakı hərbi hava bazasına bombalı hücum təşkil edib.

Publika.az-ın məlumatına görə, İŞİD əvvəlcə bazada bomba yüklü avtomobillər partladıb. Sonra isə hərbçilər özünə gəlməmiş bazanı toplardan atəşə tutub.

Eyni zamanda silahlılar Deyr əz-Zorda Əsəd rejiminin nəzarəti altında olan digər bölgələrə də hücum edib.

Nəticədə 19 Suriya əsgərinin həlak olduğu, silahlılar tərəfindən zirehli maşınlar, tanklar və iri çaplı silahlar ələ keçirildiyi bildirilir.

Suriya dövlət televiziyası isə məlumatı təkzib edib. Kanalın yaydığı məlumata görə, Deyr əz-Zorda İŞİD ağır itki üz verib.

Qeyd edək ki, Deyr əz-Zorun böyük bir qismi İŞİD-in əlindədi. Yalnız hərbi bazalar və az bölgəyə Əsəd rejimi nəzarət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm