İŞİD Liviyada təlim düşərgələri qurub
Bizi izləyin

Dünya

İŞİD Liviyada təlim düşərgələri qurub

“İslam Dövləti” (İŞİD) terror təşkilatı siyasi xaos içində olan Liviyada təlim düşərgələri qurub.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ ordusunun Afrika qüvvələri komandanı general David Rodriges bildirib.

“Düşərgələrə hərbi təlim keçmək üçün İŞİD üzvlərinin gəldiyini bilirik. Onların sayı yüzlərlədir”, - Rodriges deyib.

Amerikalı general hadisələrin inkişafından asılı olaraq qərar qəbul edəcəklərini dilə gətirib. Ölkənin ən böyük ikinci şəhəri olan Bengazi hazırda radikal islamçıların nəzarəti altındadır. Bir müddət əvvəl isə Liviyadakı radikal islamçı qruplar İŞİD-i dəstəklədiklərini bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm