• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Rusiya ABŞ-dan gələn quş ətinə qadağa qoydu

  • Dünya
  • 5 Dekabr 2014 05:57
  • 436 Baxış
Rusiya ABŞ-dan gələn quş ətinə qadağa qoydu

Rusiya rəsmiləri bu gündən etibarən ABŞ-dan quş əti və bu ətdən hazırlanmış ərzaq məhsulunun ixracını məhdudlaşdırdı.

Publika.az xəbər verir ki, Rosselxoznadzor - Rusiya kənd təsərrüfatı məhsullarına nəzarətedici qurumun rəsmi məlumatında dekabrın 5-dən ölkə ərazisinə “ABŞ-dan quş əti və quş əti məhsulları idxalına müvvəqqəti məhdudiyyətlərin tətbiq edildiyi barədə xəbər yayıb.

Rosselxoznadzor ABŞ quş ətinin rusiya bazarına yenidən buraxılması üçün amerikalı istehsalçıların Rusiya baytarlıq standartları tələblərinə əməl etməsini əsas şərt kimi göstərib.

Bu ilin avqust ayından ABŞ-dan Rusiyaya mal, donuz və quş ətinin ixracına Moskva tərəfindən qadağa qoyulub.

Rusiya Qərbin iqtisadi sanksiyalaraına cavab olaraq Avropa İttifaqı, ABŞ, Avstraliya, Kanada və Norvecdən ərzaq ixracını dayandırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR