“Əl-Qaidə”nin girov saxladığı jurnalist ABŞ-dan kömək istədi - VİDEO
Bizi izləyin

Dünya

“Əl-Qaidə”nin girov saxladığı jurnalist ABŞ-dan kömək istədi - VİDEO

"Əl-Qaidə” terror təşkilatı bir il əvvəl oğurlanan amerika jurnalisti edam edə bilər.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, təşkilatın Yəmən qolu Lyuka Somersi edam etməklə hədələyib.

Amerikalı jurnalist Yəmənin paytaxtı Sanın şəhərində ötən ilin sentyabrında oğurlanmışdı. “Əl-Qaidə” jurnalistin müraciət etdiyi videonu internetdə yerləşdirib.

Somers onun bir ildən çoxdur ki, "Əl-Qaidə"nin əlində olduğunu xatırladıb. O, yaranmış vəziyyətdən müstəqil çıxa bilmədiyini və köməyə ehtiyac olduğunu vurğulayıb. Jurnalist əlavə edib ki, onun həyatı təhlükədədir.

Bundan sonra "Əl-Qaidə" nümayəndəsi bildirib ki, ABŞ üç gün ərzində tələblərini yerinə yetirməyəcəyi halda jurnalist öz taleyi ilə barışmalı olacaq. Tələblərin nədən ibarət olduğu isə videoda bildirilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm