• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

İranlı hakerlər 16 ölkəyə hücum edib

  • Dünya
  • 5 Dekabr 2014 07:58
  • 322 Baxış
İranlı hakerlər 16 ölkəyə hücum edib

İranlı hakerlər aralarında Türkiyənin də olduğu 16 ölkəyə kiberhücum təşkil edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, iranlı hakerlərin hücumu Kaliforniyada yerləşən “Cylance” təhlükəsizlik şirkəti tərəfindən iki il ərzində aparılan virtual araşdırmalar nəticəsində ortaya çıxıb.

Şirkətin hesabatına görə, İran 16 ölkədə mühüm əhəmiyyətə sahib enerji, nəqliyyat və səhiyyə xidmətlərinin də olduğu 50 nöqtəyə kiberhücum təşkil edib. İranlı hakerlər Türkiyə, ABŞ, Kanada, İsrail, Hindistan, Qətər, Küveyt, Meksika, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İngiltərə, Çin və Cənubi Koreyaya qarşı kiberhücumla gizli saxlanılan məlumatları ələ keçirməyə çalışıb.

“New York Times” nəşrinin xəbərinə görə, digər təhlükəsizlik şirkəti “Crowdstrike” isə son doqquz ay ərzində iranlı hakerlərin kiberhücum təşkil etdiyini müəyyənləşdirib.

“Cylance” hesabatına görə, hakerlər ABŞ Hərbi Dəniz Qüvvələrinin kompüter şəbəkəsinə daxil olaraq dənizçilər və mülki vətəndaşlar arasındakı ünsiyyətə müdaxilə edib. Bundan başqa hakerlərin hava yolları şirkətləri, enerji şirkətləri və avtomobil istehsalçılara aid məlumat bazasına daxil olduğu müəyyənləşdirilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR