Qroznıda 70-80 “kadırovçu” öldürülüb – ŞOK İDDİA/VİDEO
Bizi izləyin

Dünya

Qroznıda 70-80 “kadırovçu” öldürülüb – ŞOK İDDİA/VİDEO

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dekabrın 3-dən 4-nə keçən gecə başlayan döyüşlərdə 70-80 nəfər “kadırovçu” öldürülüb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “kavkazcenter.com” saytı yazıb.

Çeçenistanın rəsmi mənbələri isə təhlükəsizlik əməkdaşlarından 10 nəfərin öldüyünü, 28-nin isə yaralandığını açıqlayıb. Ancaq Rusiyanın bəzi kütləvi informasiya vasitələri öldürülən polislərinin sayının hələ dəqiqləşdirildiyini bildirib. Bundan başqa ən azı iki dinc sakinin öldüyü bildirilir.

Saytın məlumatına görə, şəhərdə hazırda döyüşlər davam edir. Döyüşlər zamanı Çap Evi tamamilə dağıdılıb və “Berkat” ticarət mərkəzi yanıb. Yerli mənbələr bildirir ki, şiddətli döyüşlər həmçinin 20 saylı məktəbin ərazisində gedib. Zirehli texnikanın tətbiqindən sonra məktəbdə yanğın başlayıb.

İndiyə qədər Qroznıya hücum etmiş mücahidlərin sayı haqqında dəqiq məlumat yoxdur. Onların sayının 10-dan 300-ə qədər ola biləcəyi iddia olunur. Yerli jurnalistlərdən biri şəhərdə 200-ə qədər mücahidin hərəkət etdiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm