Hindistanda kütləvi göz əməliyyatından sonra 60 nəfər kor olub
Bizi izləyin

Dünya

Hindistanda kütləvi göz əməliyyatından sonra 60 nəfər kor olub

Hindistanın Pəncab ştatındakı səyyar göz cərrahiyyəsi klinikalarından birində aparılan kütləvi göz əməliyyatından sonra 60 nəfər kor olub.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

"Times of India” qəzetinin məlumatına görə, insident Qurdaspur dairəsinin Quman kəndindəki səyyar klinikada baş verib. Səyyar klinikanı kataraktanın müalicəsi üçün qeyri-hökumət təşkilatlarından biri təşkil edib.

Amritsar şəhər administrasiyasının nümayəndəsi Ravi Bhaqat bəyan edib ki, Qurdaspur və Amritsar şəhərlərinin xəstəxanalarına klinikadakı əməliyyat nəticəsində görmə qabiliyyətini itirmiş 16 nəfər yerləşdirilib. Bununla yanaşı, o dəqiqləşdirib ki, ümumilikdə 60 zərərçəkən barədə məlumat var. Onlardan 16-sı Amritsardandır.

Həkimin sözlərinə görə, zərərçəkənlərin hamısı görmə qabiliyyətindən həmişəlik məhrum olub, əməliyyatın özü isə “dəhşətli antisanitariya şəraitində” keçirilib.

Habelə məlumat var ki, səyyar klinikanı təşkil edən təşkilatın buna icazəsi olmayıb.

Bir müddət əvvəl daha bir insident Takxatpur dairəsinin Pendari kəndində sterilizasiya məntəqəsində baş vermişdi. Məntəqədə 83 qadın əməliyyat olunmuşdu. Əməliyyatdan bir sutka sonra qadınlar ürəkbulanma və ağrılardan şikayətlənməyə başlayıblar. Bundan sonra onlardan 60 nəfəri müxtəlif yerli xəstəxanalara yerləşdirilmişdi. Agentliyin məlumatına görə, nəticədə 83 qadından 13-ü ölmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm